“iPhone 7” qiyməti açıqlandı
“Apple”sevərlərin gözlədiyi gün artıq gəlib çatmaqdadır. Şirkətin istifadəçilərə təqdim edəcəyi yeni telefonların qiymətləri haqqında düşüncələrə son qoyulur.
A24.Az-ın məlumatına görə, artıq “İphone 7″nin Türkiyədə satış qiyməti açıqlanıb.
Sabah keçiriləcək tədbirdə “iPhone 7” və “iPhone 7 Plus” telefonlarının rəsmi olaraq təqdim ediləcək. Bütün bu xəbərlərin fonunda isə  yeni-yeni detallar ortaya çıxmaqda davam edir.
Belə ki, Türkiyədə populyar elektron alış veriş mağzası olan “Vatan Bilgisayar” “iPhone 7” nin qiymətini internet səhifəsində yayımlayıb. Mağazada bu telefonun 3 min 799 Tl yəni 2 min 109 manata satılacağı deyilir. Əlbəttə ki, təqdimatdan sonra qiymətlərdə cüzi dəyişikliklər qaçınılmazdır.