Canlı yayında gərginlik: Deputat stolu sındırdı- Video
Türkiyənin televiziya kanalıın canlı yayınında CHP və AKP funksionerləri arasında gərginlik olub. 

Musavat.com-un məlumatına görə, gərginlik CNN Türk kanalında canlı yayınlanan “Tərəfsiz bölgə” verilişinə qonaq olan İstanbuldan deputat seçilmiş CHP üzvü Aykut Erdoğdu ilə AKP funksioneri Ayhan Oğan arasında baş verib. Aparıcılığını Ahmet Hakanın etdiyi proqramda qonaqların “İsrail” müzakirəsi tərəflərin bir-birinə sərt sözlər işlətməsi ilə mübahisəyə çevrilib. 

AKP funksioneri A.Oğan mübahisənin şiddətləndiyi vaxt əlini qarşısına qoyulmuş stəkana atıb. A.Oğanın bu hərəkətinə cavab olaraq A.Erdoğdu şüşə masanı yumruqlayaraq sındırıb. Mübahisəni səngitməyə çalışan aparıcı proqrama ara verməyə məcbur olub. Fasilədən sonra veriliş davam edib.