Ata avtomobillə oğlunun dişini belə çıxardı - VİDEO
“YouTube” kanalında atanın öz oğlunun süd dişini ekstremal yolla çıxarmasına dair video yerləşdirib. Oğlunun dişinə sap bağlayan ata “Audi S5” markalı avtomobilinə minir və hərəkətə başlayır.  Şərhlərdən belə məlum olur ki, oğul özü atasından bunu xahiş edib. 

Baş verənləri isə uşağın anası görüntüləyib. 

Azvision.az-a istinadən həmin görüntüləri təqdim edirik: