Meyitxanada dirilib mühafizəçiyə üşüdüyünü dedi
Polşanın Kemenna şəhərində qeyri-adi hadisə baş verib.

Bu barədə "Komsomolskaya Pravda" qəzeti yazıb.

Belə ki, Kamil adlı Polşa vətəndaşı dostlarla oturduğu restoranda alkoqol qəbul etdiyi zaman huşunu itirib. Dostları tərəfindən xəstəxanaya çatdırıldıqda, həkimlər onun öldüyünü deyiblər. Diaqnozdan sonra Kamilin cəsədi meyitxanaya aparılıb.

Lakin bir neçə saat keçdikdən sonra meyitxananın soyuducu kamerasında uzanan Kamil qəfildən dirilib. Diriləndən sonra o, mühafizəkara üşüdüyünü deyərək, ondan yorğan istəyib. Səhnəni müşahidə edən mühafizəkər qorxaraq, dərhal xəstəxananı tərk edib.

Qeyd edək ki, hazırda həkimlər Kamilin necə dirildiyini araşdırırlar. xalqxeber.az