Azərbaycanda “cinçıxarma” klinikası açılır? – VİDEO
Cəmiyyətdə "cinçıxarmalara” maraq hər zaman böyük olub.

Xüsusi ilə savadsız insanlar müəyyən problemləri məhz bədənə cin girmə ilə əlaqələndirir və cindarlar da bundan istifadə edərək bir çoxlarını aldadır.

Bir neçə gün əvvəl İstanbulda bu işlə məşğul olan klinikanın fəaliyyətə başlaması insanların fikirlərini daha da qarışdırıb.

Xəbər sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Azərbaycanda da bənzər klinikanın açılması təklif olunub. Başqa sözlə, bəzi insanlar belə klinikaların dərdlərinə çarə olacağına inanır.

Psixoloq Elnur Rüstəmov Xəzər xəbər-ə açıqlamasında bunu savadsızlıqla əlaqələndirib.

Onun sözlərinə görə, əgər belə bir klinika Azərbaycanda da açılsa, orada fəaliyyət göstərənlərin fırıldaqçıdan fərqi olmayacaq.