İki "06" toqquşdu - Sürücü və sərnişin xəsarət aldı - VİDEO
Şəmkirdə yol qəzası baş verib.ARB TV xəbər verir ki, Bakı-Qazax magistralının 411-ci kilometrliyində, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qəza baş verib.İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 54 yaşlı  Oruc Vəliyev və sərnişin 45 yaşlı Səadət Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.