Qaxda su istehsal edən sex yandı – VİDEO
Səhər saatlarında rayonun Süskənd kəndi ərazisində Cəlal Bayramova məxsus mineral su istehsalı müəssisəsində qeydə alınıb.ARB Şəki xəbər verir ki, hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb və genişlənərək su istehsal müəssisəsinə keçməsinin qarşısı alınıb. Lakin müəssisənin ərazisində ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 90 kvadratmetrlik tikilinin tavan hissəsi yanıb.Faktla bağlı araşdırma aparılır.