Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO
Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.    ARB Şəki xəbər verir ki, İsmayıllıya 10-15 santimetr hündürlükdə qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.    Hazırda qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır.    Üç növbəli iş rejimində çalışan idarə işçiləri avtomobillərin təhlükəsizliyi üçün əllərindən gələni edirlər. İdarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.