Qəbir daşları yerlərindən götürülüb, bəziləri sındırlıb - VİDEO
Şamaxıda qədim qəbiristanlıq olan yeddi günbəz qəbristanlığında insanlığa yaraşmayan hadisə baş verib. 15 qədim qəbir dağıdilaraq ləğv olunub. Yerində isə yeni məzarlıq üçün yer düzəldilib. Buna görə adiyyatı qurumlar hərəkətə keçib.

Qəbir daşları yerlərindən götürülüb, bəziləri sındırlıb.

Görüntülər Şamaxıdandır. Şamaxının tarixi qəbristanlıqlarından Yeddi Günbəzdə xoşagəlməz hadisə baş verib. Qəbristanlığın giriş hissəsində yerləşən qədim qəbrlərin üzərindəki sinə daşları texnikalar vasitəsi ilə dağıdılıb və oradan kənarlaşdırılıb.

Dəhşətli hadisə sakinləri də narahat edir.

Qəbirstanlıqdakı köhnə qəbirlərin yeri bir gecənin içərsində yoxa çıxıb. 15 qəbir demək olar ki, ləğv olunub. Bəzi qəbir daşları isə başqa bir ərazidə yerləşdirilib. Sakinlərin sözlərinə görə bunu edənlər köhnə qəbirlərin yerində yeni yer açmaq istəyib.

Şamaxı bələdiyəsindən bildirilir ki, hadisə ilə bağlı məlumat onlara da verilib. Bələdiyyə əməkdaşları və rayon İcra hakimiyyətinin nümyəndələri əraziyə baxış keçirib.

Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır. Rayon bələdiyyəsi bu məqsədlə polisə də müraciət edəcək.(xezerxeber.az)