Bakıda saxta yumurtadan çıxan toyuq — içində ipi də var + VİDEO
Bakıda daha bir toyuq əti şoku yaşanıb


Ölkə.Az xəbər verir ki, şikayətçi "İslami kəsim" firmasının məhsulu olan toyuq alıb. Toyuğu alıb evə gəldikdən sonra gözlərinə inana bilməyib. Ona əl vuran kimi toyuq çürümüş formada ovulmağa başlayıb. İçindən ip formasında qalıqlar çıxmağa başlayıb. 3 manat 70 qəpiyə aldığı toyuq gözləri önündə çürümüş formada ovularaq yararsız hala gəlib.


Mütəxəssislərin fikrlərinə görə, toyuq doğranan zaman didilib, tel-tel formada olursa, o zaman həmin toyuq xəstə toyuqdur. Şikayətçi sözügedən toyuğun çürük olmasını sübüt etmək üçün görüntüyə alıb.


Həmin görüntüləri sizə təqdim edirik: