İki qızcığazı ölümün caynağından belə xilas etdi - Film kimi hadisə - VİDEO
Moderator.az xəbər verir ki, İndoneziyada təhlükəsizlik kameralarına film səhnələrini xatırladan bir xilasetmə anı yansıyıb. 

Belə ki, üzü kameralara tərəf oturaraq motosikletini təmir edən bir şəxs nəzarətdən çıxan avtomobilin səsini eşidərək diksinir və geri çevrilir. Geri çevrildiyində maşının iki azyaşlı uşağın üstünə gəldiyini görür. Bir göz qırpımında uşaqları qucaqlayan həmin şəxs ani hərəkətlə uşaqlarla bərabər kənara tullanır. 

Beləliklə qəhrəman adam uşaqları maşının altında can verməkdən xilas edir.