Bu avtomobil təmir mərkəzləri sözün əsl mənasında təhlükə saçır - VİDEO
Paytaxtın bəzi yollarında avtomobil təmir mərkəzləri yolun hərəkət hissəsinə xeyli yaxındır. Elə buna görə də, bəzən sürücülər avtomobillərinin təkərinin havasını yoxlatdırmaq üçün yolun hərəkət hissəsində saxlamalı olurlar. Bu isə yol hərəkəti iştirakçılarına çətin anlar yaşadır

Avtomobilləri təmir etdirmək məqsədi ilə yolun hərəkət hissəsində iki sıra saxlanılıb. Bu şəxs isə yolda saxlanan avtomobilərin təkərlərinin havasını tənzimləyir.

O bu hərəkəti ilə həm özünü, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır. Son dövrlər paytaxt yollarında bu kimi mənzərələr adi hal alıb. Yola olduqca yaxın tikilən avtomobil təmir mərkəzləri sözün əsl mənasında təhlükə saçır. Bu vəziyyətdən isə yol hərəkətinin bütün iştirakçıları təhlükə altına düşür.

Niyə avtomobili yolun hərəkət hissəsində təmir edirsiz? Sualımıza müxtəlif cavablar aldıq.

Vəkil Xəyal Bəşirov deyir ki, burada konkret olaraq qanunvericiliyin tələbləri pozulur. Qanunvericiliyə əsasən, yol hərəkəti iştirakçılarına maneə törətmək olmaz. Bu qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə oluna bilərlər.

Əgər həmin şəxslər üzündən hərhansı bir qəza baş verərsə və həmin qəzada insan sağlamlığına zərər dəyərsə, bu zaman həmin şəxslər cinayyət məsuliyyətinə cəlb edilə bilər. xezerxeber