Bu da 2 il əvvəl serialda çəkilmiş səfirə sui-qəsd səhnəsi - VİDEO
Türkiyədə sui-qəsd qurbanı olan Rusiya səfiri Andrey Karlovun ölümü ilə bağlı maraqlı məqam üzə çıxıb.


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfirə sui-qəsdin daha əvvəl seriallardan birində səhnələşdirildiyi məlum olub. Belə ki, sözügedən hadisə FETÖ-nün maliyyələşdirdiyi “Samanyolu TV”də yayımlanan “Nizama Adanmış Ruhlar”serialının 89-cu seriyasında baş verib.

Serialda da hadisələr Karlovun qətlində olduğu kimi sərgisində yaşanır. Filmdə xanımı ilə sərgiyə gələn səfirə sui-qəsd hazırlansa da, müfahizəçilər qatilin qarşısını ala bilirlər.