Bu yolda ötmək qadağandır nişanı problem yaradır - VİDEO
Problem Bakı-Quba-Rusiya yolunun Hacı Zeynalabdin qəsəbəsi istiqamətindən keçən hissəsində yaşanır

Yol enli olmasına baxmayaraq ötmək qadağandır nişanı qoyulub. Halbuki, zolaqdan 2 avtomobil yan-yana hərəkət edə bilir. Problem Bakı-Quba-Rusiya yolunun Hacı Zeynalabdin qəsəbəsi istiqamətindən keçən hissəsində yaşanır. Ekspertlər isə yola nişanın düzgün qoyulmadığını bildirirlər.

Yoldan eyni zolaqdan iki avtomobil yan-yana keçməsinə baxmayaraq ötmək qadağandır nişanı qoyulub.Özüdə sürət həddi maksimum 70 kilometr saat həddini keçməmək şərtilə.

Nəticədə də əksər sürücülər bu yoldan istifadə edərkən cərimələnirlər.

Söhbət Bakı-Quba-Rusiya federasiyası yolunun Hacı Zeynalabdin qəsəbəsi istiqamətindən keçən hissəsindən gedir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki,bu yolda hərəkətin təşkilində nöqsanlar var.

Ekspertin sözlərinə görə, yol ensiz olsa belə orda ötmək qadağandır nişanı qoyulmamalıdır. Bununla yanaşı,bu nişan yolda olan dəmir yolu keçidinə 100 metr qalmış quraşdırılmalıdır.

Baş Dövlət Yol Polisi idarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçiriləndən sonra mövqe bildirmək olar.