ABŞ aeroportunda silahlı terror - 5 ölü, 8 yaralı - YENİLƏNİR (VİDEO)
ABŞ-ın Florida ştatında silahlı terror hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, silahlı hücum ştatın "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanında yaşanıb.

Rəsmi məlumatlarda öncə bildirilirdi ki, hücum zamanı 5 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Hücum edən şəxs polislər tərəfindən tutulub. Polis düşünür ki, hücum edən şəxs təkbaşına hərəkət edib. 

Sərnişinlər dərhal təxliyə ediliblər.

Xəbər verilir ki, "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanı gün ərzində 73 min sərnişinə xidmət edir