Bakıda üstüaçıq kitabxana – Soyuqda kitabla isinənlər - VİDEO
Bakıda Milli Kitabxananın həyətində açıq kitabxana xidməti fəaliyyət göstərir. Artıq 6 aya yaxındır kitabsevərlər bu xidmətdən istifadə edir. Bədii ədəbiyyat, dövrü mətbuat, uşaq ədəbiyyatı və digər mövzularda bir çox kitabı burdan əldə edə, oxuya bilərsiniz. Hətta yerinə başqa bir kitab qoymaqla ordan hansısa kitabı evdə oxumağa da aparmaq olar. Açıq kitabxana haqda reportaj hazırlamağımızın məqsədi isə budur ki, daha çox insan bura haqda məlumatlı olsun.

Mən oxudum, Sən də oxu. Maraqlı şüarla yola çıxan Açıq Kitabxana düz Bakının mərkəzində, Azərbaycan Milli Kitabxanasının həyətində fəaliyyət göstərir.

Hava soyuq olduğundan açıq kitabxanada oxuyucular azlıq təşkil edir. İşçilər deyir ki, havaların normal olduğu vaxtlara burda bütün masalar dolu olur.

Bura istənilən yaş qrupları üçün nəzərdə tutulub. Açıq Kitabxanada istədijiniz janrda kitab əldə edə bilərsiniz.

Bir sözlə hər kəs yolunu burdan salıb açıq kitabxanadan istifadə edə bilər.xezerxeber