Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə – VİDEO
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.
Legion  
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən “Palmali”yə aid “DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.
Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən neftçilərin axtarışına da tövhə verəcəyi istisna deyil.
Razılaşma predmeti olan “DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. 
Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.