Diasporçu gənclər Varşavada bir araya gəldilər-FOTOLAR
Polşadakı azərbaycanlı gənclər arasında şəbəkə yaradılır
Qafqaznews.az
 xəbər verir ki, bu günlərdə Polşada Azərbaycan diasporunun gənc fəalları bir araya gələrək, gənc diasporçuların problemləri və qarşıda duran vəzifələr barədə müzakirə aparıblar. Varşavada keçirilən tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə baş tutub.
Yanvarın 4-də və 5-də baş tutan müzakirələrdə aşağıdakı məsələlər gündəliyə çıxarılıb:
1.Polşada Azərbaycan diasporasının fəaliyyətində gənclərin rolunu artırmaq .

2. Gənclər arasında şəbəkə yaratmaq.

3.Azərbaycan həqiqətlərini Polşa cəmiyyətinə çatdırmaqda gənclərin rolunu artırmaq
.
Tədbirdə Gənc Diplomatlar Birliyinin nümayəndəsi Cavid Zeynalov, Azərbaycan-Slavyan Gəncləri Assosasiyasının rəhbəri Anar Məmmədov, Polşada Azərbaycan Gəncləri Birliyinin (AYPU) baş katibi Elnur Şirinov, AYPU fəalları və digər fəal diasporçular çıxış ediblər. Müzakirələr zamanı son illər dövlət tərəfindən diasporçuluğun inkişafına göstərilən diqqət, eləcə də Azərbaycan gəncliyinin fəallığının artırılması istiqamətində atılan addımlara toxunulub, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı səsləndirdiyi mühüm çağırışlara, diasporçular arasındakı koordinasiyanın vacibliyinə diqqət çəkilib. Tədbirin sonunda qərarı alınıb ki, Polşadakı azərbaycanlı gənclər arasında şəbəkə yaradılsın, habelə, müxtəlif diaspor təşkilatlarımızın koordinasiyalı fəaliyyəti üçün davamlı görüşlər və müzakirələr keçirilsin.
Qafqaznews.az