115 SAYLI MƏKTƏBİN 2-Cİ SİNİF ŞAGİRDİNİ NECƏ QOVDULAR-VİDEO-ARAŞDIRMA
Təhsillə bağlı valideyinlərin şikayətləri danılmazdır. Baxmayaraq ki,təhsildə uğurlarımızda danılmazdır.Amma əfsuslar olsun ki,bəzi təhsil ocaqlarında baş verən neqativ hallar bütün bu uğurlara kölgə salır.

BakuPress Milli İnformasiya Agentliyinin elektron ünvanına gələn şikayət məktubundakı olayla isə inandırım ki,ilk dəfə idi rastlaşırdıq.

Bakı şəhər, Binəqədi rayon Azər Məmmədov adına 115 saylı orta məktəblə bağlı şikayətçi Amil Rüstəmov ilginc məlumatlar daxil etmişdir. Həmin məlumatda  qeyd olunur ki, 2015-ci il sentyabr ayında o övladı Əli Rüstəmlinin sənədlərini 1 -ci sinifə qəbul üçün məktəbə müraciət etmək istərkən ilk qarşısına çıxan məktəbin ibtidai sinif müəllimi Nailə Səmədova sənədləri qəbul edib və "şirinlik" üçün 150 AzN də pul tələb edərək alıb. Bəhanəsidə  bu olub ki,uşaq 24.10.2009- cu ildə doğulub ,məktəbə 1-ci sinifə qəbul 15-inə kimi doğulanlara aiddi və yenidən bu işin düzəlməsi üçün 150 Azn əlavə "şirinlik" alıb.

Beləliklə,Əli Rüstəmli 15 sentyabr  2015-ci il bütün uşaqlar kimi sevinərək 115 saylı məktəbin 1"B" sinifinə dərsə gedib. Lakin günlərin birində 2-ci sinif şagirdi Əli Rüstəmlini ağlamış,qorxmuş vəziyyətdə dərs vaxtı küçədə kimsəsiz qalan uşağı tanış qonşu tapıb valideyinlərinə təhvil vermişdir.Məlum olub ki, dərs zamanı 2-ci sinif şagirdini 115 saylı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Sevil Hüseynova uşağın qolundan zorla tutaraq məktəbdən qovub ki,sənin sənədin yoxdur.

Vəziyyətdən şok yaşayan valideyinlər məktəbə gələrək,məsələyə aydınlıq gətirmək istəyiblər ki,bu nə məsələdir? 1il 6 ayda uşaq sənədsiz necə oxuyub bu məktəbdə,necə qiymətləndirilib,summativləri necə yazıb?Uşağın sənədləri hardadır?Bu oyunu quran Nailə Səmədova bildirib ki,yaş məsələsinə görə şəhər məktəblərində sənədlər elktronlaşdırıldığı üçün Əli Rüstəmlinin adı sənədlə Masallı rayonun ucqar bir kənd məktəbində gedir.

Valideyinləri sakitləşdirməyə çalışan Nailə müəllimə sadecə 300 AZN az olduğundan ondan 5000 sənədə görə istədikləri üçün ilk yarım ildə uşağı 115 saylı yəni hazırda təhsil aldığı məktəbə "perevod" edə bilməyib. Valideyinlər məsələ ilə əlaqəli hara gedəcəklərini bilmir və ağır stress yaşadıqlarını qeyd edirlər.

Qeyd edək ki,2-ci sinif şagirdi artıq 1 aydı təhsildən kənar qalıb.Şikayətçi onuda qeyd edir ki,31 dekabrda Nailə Səmədova uşağın anasına zəng vuraraq onu Nəsimi rayonu Koroğlu parkının yanında bir kafedə görüşməyi təklif edib.Görüş zamanı Nailə müəllimə ən sonu 700 AZN-ə həll olunur. 700 Azn verin uşaq 20.01.2017-ci ildən yenidən məktəbə bərpa olunsun.Şikayətçi çıxılmaz vəziyyətdə qaldığını,aldadıldığını vurğuluyaraq mətbuatdan kömək istədiyini,övladının təhsildən kənar qalmamasına yardım istəyir.

Məsələyə aydınlıq gətirmək üçün üz tutuq adı çəkilən 115 saylı məktəbə. Məktəbin direktoru Məsud Babayev əsl müəllim alicənablığı ilə bizi qəbul etdi. Gəlişimizin məqsədini dedik və məsələyə aydınlıq gətirməyini xahiş etdik.

Məsud müəllim bildirdi ki,məsələdən xəbərim var,bu gün valideyində qəbulumda olub. Əli Rüstəmli məktəbə qəbul olunduqdan sonra bu məktəbə direktor təyin olunmuşam. Və 2016-cı il dekabr ayı zamanı hesabat edərkən bilmişəm ki,Əli Rüstəmli sənədlə bizim məktəbin şagirdi deyil və onun sənədlərini tələb etmişəm.

Təbii ki,dövlətimizdə hər bir uşağın təhsil alacağına biz dəstək olmalıyıq. Qaldı ki,Nailə müəlliməyə o müəllimə yaraşmayan cinayət xarakterli bir əməl törədib.

Məsud müəllimə sual verdikdə bəs bu uşaqların gündəliyi hər il möhürlənir və direktorun imzası ilə təsdiqlənir. Bu uşağın adı soyadı necə sizin gözünüzdən yayınıb?

Direktor həmin uşağın bu bir il ərzində məktəbə gəlmədiyini dedi. Amma uşağın gündəliyində 2015,2016-cı ilin dekabırına kimi qiymətləndirmə var. Deməli Nailə müəllimə sizi ustalıqla aldada bilib.

Söhbət zamanı direktorun otağına təlim tərbiyə işləri üzrə direktor müavini Sevil Hüseynova daxil oldu,hansı ki,soyuq dekabr ayında uşağın qolundan tutaraq amansız şəkildə küçəyə atmışdır. Sevil müəllimə bizə elə hücum çəkdi ki,az qala bizi döysün həmin an körpə Əlinin nələr keçirdiyini anladım. Nailə müəllimə maşeynikdir deyə,məktəbin nə günahı hamımız onun maşeynik olduğunu bilirik vurğuladı. Sevil müəllimə direktoru danışmağa imkan vermirdi səsi ilə bütün otağı ələ almağa çaılışırdı.

Nailə müəllimədə direktorun otağına çağrıldı əvvəl o olanları dansada ,şikayətçi Amil Rüstəmovla üzləşəndə sözünü qaçırda bilməyib,olanları etiraf etdi və hazırda uşağın sənədi Masallı rayonunun ucqar kənd məktəbindədir 1 həftəyə gəlməlidir söylədi. Olanlardan çaşbaş qalmışdıq bir sözlə şap elə bilir şupdadı,şup elə bilir şapdadı...

Arada bir azərbaycanlı körpə təhsildən kənar qalıb. Başqa suallar vermək istədikdə,yenidən Sevil müəllimə hücuma keçdi valdeyini kütlə icərisində savadsız,qanmaz deyərək təhqir etdi. Onun səs tonun qarşısında hətta direktor və digər direktor müavini Zahid müəllim aciz qalmışdır.

Sevil müəllimə, siz etik qaydalarını pozursunuz dedikdə,yenə əl qolla bizə dedi ki,bilirsiniz nə var gedin işinizlə məşğul olun mən bilirsiniz kiməm?Mənim əmimoğlu Sumqayıt şəhər məhkəmə sədri Zeyqəm Hüseynovdur odur ki,mən heç kəsdən qorxmuram.

Gördük ki,Sevil müəllimə bizə imkan vermiyəcək,odur ki,məktəbi tərk elədik.Amma olanlardan yəni Sevil müəllimənin hərəkəti Məsud müəllimi,Zahid müəllimi utandırsada, Sevil müəllim heçnədən utanmadı.

Burdan Sevil müəlliməyə demək istəyirik ki,çünki orda onun güclü səsi bizə imkan vermədi orda deyək.

Ölkə başçımız cənab İlham Əliyev dəfələrlə çıxışlarında deyib,heç kəs vəzifəsindən aslı olmayaraq ,bu ölkədə toxunulmaz deyil.

Aidiyyəti orqanlar və təhsil naziri cənab Milayıl Cabbarovdan xahiş edirik bu məsələyə lazımı qiymət versin.

Araşdırmamız davam edir sabah təhsil nazirliyi və Masallı rayon təhsil şöbəsi ilə əlaqə saxlayıb sizə açıqlamanı təqdim edəcik.

Bizi izləyin.Videomateral və səsyazsını təqdim edirik: