Suriya İsraili hərbi aerodromu atəşə tutmaqda ittiham edib
Suriya hakimiyyəti İsraili Dəməşqin cənubi-qərbində yerləşən Mezze hərbi aerodroma zərbə endirməkdə ittiham edib.
Oxu.Az
 BBC-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyasına istinadən dünya informasiya agentlikləri məlumat yayıb. 
Yaxın ərazilərdə silsilə partlayışlar olub, ölən və yaralananlar haqqında məlumat yoxdur. 
Məlumatda Suriya hökumət ordusunun bəyanatına istinadən aerodroma İsrail tərəfdən zərbənin endirildiyi bildirilir. 
Məlumata görə, söhbət raket atəşindən, digər məlumata görə isə aviahücumdan gedir. “Sana” agentliyinin məlumatına görə, partlayışın baş verdiyi əraziyə təcili yardım briqadası yollanıb. 
Suriya ordu komandanlığı İsrail tərəfini hücumların nə ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. 
İsrail tərəfi bu ittihamları şərh etməyib. 
Mezze aviabazası Suriya respublika qvardiyası bölüklərinin yerləşdiyi iri strateji obyektdir.