Peruda iki ton kokain müsadirə edilib
Peruda qulançar qablarında gizlədilmiş iki ton kokain müsadirə edilib.
Oxu.Az
 RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dünən yerli polis məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qanunsuz yük idxala hazır idi. Qulançar qablarına yığılan kokain, təzə tərəvəz və göyərtilərdən məhsulların hazırlanması ilə məşğul olan korporasiyanın ərazisində saxlanılırdı. 
Hadisə yerində narkotik partiyanın göndərmə cəhdinə aidiyyəti olan beş perulu və Serbiya vətəndaşı saxlanılıb. 
Perunun prokurorluğu daha öncə 2015-ci ildə ölkədə 44 ton müxtəlif növ narkotik vasitənin müsadirə edildiyinə dair məlumat yaymışdı.