Türk zabitləri Norveçdən sığınacaq istəyiblər
NATO-nun türk zabitlərindən və diplomatlarından ibarət qrupu Norveç hakimiyyətinə siyasi sığınacaq üçün müraciət ediblər.   
Oxu.Az
 TASS-a istinadən xəbər verir ki, bu barədə “Verdens Gang” məlumat yayıb. 
Nəşrin məlumatına görə, bu insanlar keçən payıza qədər Norveçdə xidmətdə idilər, amma daha sonra Türkiyə hakimiyyəti onlardan ötən ilin iyulunda ölkədə baş verən hərbi çevriliş cəhdinə görə dindirilmə üçün geri - vətənə qayıtmağı xahiş edib. Heç kim geri qayıtmaq istəməyib. İndi bütün zabit və diplomatlar Norveçin müxtəlif hissələrində gizli ünvanlarda yaşayırlar. Onlar “Verdens Gang”a Norveçin Miqrasiya xidmətinə və polisin xaricilərlə iş üzrə şöbəsinə müraciət etdiklərini və sığınacaq istədiklərini təsdiq ediblər, amma çevriliş cəhdi ilə əlaqəni təkzib edirlər. 
Ölkənin Ədliyyə Nazirliyindən bu hadisəni şərh etməyiblər.