Nigeriyada partlayış 15 nəfərin həyatına son qoydu
Nigeriyanın şimal-şərqində baş verən partlayış zamanı ən azı 15 nəfər ölüb.
Oxu.Az
 Reuters-ə istinadən xəbər verir ki, Adamava ştatında dörd terrorçu-kamikadze özünü partladıb. 
Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. 
Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.