Türkmənbaşı baş nazirin müavinlərini dəyişdi
Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədov prezident və Türkmənistan hökumətinin aparatını idarə edən baş nazirin müavinləri Şaməhəmməd Durdıliyevi və Satlıq Satlıkovu tutduqları vəzifədən azad edib. 
Oxu.Az
 “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli KİV məlumat yayıb. 
Dövlət başçısı müvafiq qərarı hökumətin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclasında qəbul edib. İnşaat və elektrik enerjisi sahəsinə cavabdeh olan Şaməhəmməd Durdıliyev Aşqabadın meri, nəqliyyat və rabitə sahəsinə kuratorluq edən Satlıqk Satlıkov isə Balkan vilayətinin (Türkmənistanın qərbində) rəhbəri təyin edilib. 
Baş nazirin yeni müavinləri bu vaxta qədər Türkmənistanın dəmiryol nəqliyyatı naziri vəzifəsini tutan Bayram Annameredov və “Turkmenatoyollar” Dövlət Konserninin sədri Dadebay Amangəldiyev təyin edilib. Annameredov hökumətdə nəqliyyat və rabitəyə, Amangəldiyev isə inşaat və energetika məsələlərinə görə məsuliyyət daşıyacaq.
Dövlət başçısı Məmmədniyaz Nurməmmədovu kommunal tәsәrrüfat naziri vəzifəsindən azad edərək, prezident və Türkmənistan hökumәti aparatının işlərinin idarəçisi təyin edib.
Prezident Mıratniyaz Abilovu türkmən paytaxtının meri vəzifəsindən azad edərək, kommunal təsərrüfat naziri təyin edib.