ABŞ Suriya dair danışıqlara rəsmi dəvət almayıb
ABŞ Türkiyə və Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi danışıqlara rəsmi dəvət almayıb.
Legion
-un APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib.
“Dövlət katibimiz rusiyalı və türkiyəli həmkarları ilə əlaqə  saxlayaraq Suriya məsələsini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik”, - deyə o vurğulayıb. 
Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya  rəsmləri Moskvada bir araya gəlib.