Obama son mətbuat konfransını yanvarın 18-də keçirəcək
Barak Obama prezident postunda son mətbuat konfransını yanvarın 18-də keçirəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Obamanın mətbuat katibi Coş Ernest məlumat verib.


"Çərşənbə günü ABŞ prezidenti dövlət başçısı qismində son mətbuat konfransını burada, brifinq zalında keçirəcək", — deyə Ernest bildirib.


Obama yanvarın 20-də istefaya gedəcək, ölkənin yeni prezidenti noyabrda seçilmiş Donald Tramp olacaq.