Saakaşvili aeroportda gözlənilməz vəziyyətdə gizli kameraya düşdü – Video
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Nyu-York aeroportunda gizli kameraya düşüb.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, aeroportda şahidlərdən biri Saakaşvilini gözləmə zalında gəzərkən çəkib.

Görünür ki, o, Trampın inaqurasiya mərasimi üçün səfər edib. Saakaşvili əyninə balaca olan köynəyi və sarı şərfi ilə diqqəti cəlb edib. Həm də kifayət qədər yorğun və özünü itirmiş kimi görünür.

Görünür ki, onu uzun müddət davam edən uçuş əldən salıb. Ola bilər, həm də Ukrayna prezidenti Poroşenkonun onun ünvanına yağdırdığı ittihamlar kefini pozub.