Ərdoğan ilk dəfə üç Afrika ölkəsinə səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tarixdə ilk dəfə Afrika materikində yerləşən Tanzaniya, Mozambik və Madaqaskara rəsmi səfər edəcək. 
Oxu.Az
 “Habertürk”ə istinadən xəbər verir ki, səfər yanvarın 22-də başlayacaq və yanvarın 25-nə qədər davam edəcək. 
Məlumata görə, səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.