Daha bir gecə klubunda gülləbaran – Video
Meksikanın Playa del Karmen şəhərində təşkil edilən BPM festivalı zamanı naməlum şəxs gecə klubunda insanlara atəş açıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində ən azı 8 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Polis cinayətkarın həbs olunması istiqamətində axtarışları davam etdirir.