Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv saldı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Bild” qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.
Oxu.Az bu barədə Rambler news-a istinadən xəbər verir. 
“Mən Avropa İttifaqının rəhbəri ilə danışdım”, - Tramp “Bild” nəşrinə müsahibəsi zamanı bəyan edib.
Bu an müxbir dəqiqləşdirmək istəyib: “Cənab Yunkerlə?”.
Yeni prezident cavabında bildirib: “Bəli. O məni qələbə münasibəti ilə təbrik etmək üçün zəng vurmuşdu”.
“Welt” qəzeti isə qeyd edir ki, əslində Tramp və Yunker arasında telefon danışığı olmayıb.
Seçkilərdən sonra Tusk və Yunker birgə bəyanatda Trampı təbrik ediblər və onu Aİ-ABŞ sammitinə dəvət ediblər. Amma Tramp telefonla yalnız Tusk ilə danışıb. Onlar Ukraynaya dair müzakirələr aparıblar və Tramp Tusku yanvarın 20-də Ağ evdə keçiriləcək inauqurasiya mərasiminə dəvət edib. 
Qeyd edək ki, Trampın inauqurasiyası yanvarın 20-də Vaşinqtonda, ABŞ konqresinin iclası keçirilən Kapitoliya binasının qarşısında baş tutacaq.