Venesuela prezidenti: OPEK-in növbəti görüşü keçirilə bilər
Cari ilin birinci rübündə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv olan ölkələrin növbəti görüşü keçirilə bilər.
Oxu.Az
-ın məlumatına görə, APA Noticias24” portalına istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra deyib.
“Biz növbəti razılaşmaya doğru irəliləyirik və buna nail olacağıq. Güman edirəm ki, 2017-ci ildə neft bazarında sabitlik bərpa olunacaq”,- deyə N.Maduro bildirib.
Noyabrın 30-da OPEK-ə üzv olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın bu ilin yanvarından 1,2 milyon barel azaldaraq, 32,5 milyon barel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. 
Dekabrın 10-da isə OPEK-ə üzv olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barel azaltmaq barədə razılığa gəliblər. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.