Filippində porno saytlara giriş bloklandı
Filippin hökuməti ölkədəki porno saytlara girişi bloklaşdırıb.
 
İKT.lent.az-ın CNN-ə istinadən məlumatına görə, Filippinin elektrorabitə üzrə milli komissiyası (NTC) təsdiqləyib ki, hökumət uşaq pornoqrafiyası ilə mübarizə proqramı çərçivəsində bir sıra pornoqrafik məzmunlu saytları blok edib.

NTC nümayəndəsi Edqardo Bakarios bildirib ki, internet provayderlər porno saytlara girişi bağlamaq göstərişi alıblar.“PornHub” resursunun məlumatına əsasən, filippinlilər internetdə pornoya baxmaq üçün orta hesabla digər ölkələrin sakinlərindən 13 dəqiqə daha çox vaxt sərf edirlər.

Qeyd edilir ki, porno saytlara qadağa qoyulması şəbəkədə ciddi müzakirələrə səbəb olub. Bəzi valideynlər hökumətə dəstək nümayiş etdiriblər. Digərləri isə bildirib ki, bu addım onların hüquqlarını pozur.