Polşada soyuqdan ölənlərin sayı 85 nəfərə çatıb
Son sutka ərzində Polşada iki nəfəri don vurub.
Oxu.Az 
xəbərinə görə, bu barədə Trend PAP agentliyinə istinadən məlumat verir.
2016-cı il noyabrın 1-dən etibarən ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb.
Qeyd edək ki, yanvarın ilk yarısında Polşanın Malopol vilayətində gecə havanın temperaturu mənfi 37 dərəcə olub.
Hazırda ölkədə mənfi 6-10 dərəcə şaxta var.