İnsanlar daha qocalmayacaq- Elmdə yenilik
Salk Biologiya İnstitutunun mütəxəssisləri qocalmış hüceyrələri xüsusi proqramlaşdırma vasitəsilə gəncləşdirməyin üsulunu aşkarlayıblar.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə əvvəlcə siçanlar üzərində sınaq aparılıb. Uğurlu nəticələrdən sonra siçanların ömrünün 30 faiz uzadılması müşahidə edilib.
Sınaq nəticəsində kök hüceyrələri asanlıqla əvəzləmək bir növ onları gəncləşdirmək mümkündü.
Hüceyrə genlərinin dəyişimi əsasında aparılan sınaqlarda cəmi 18 həftə ömürləri qalan xəstə siçanların həyatını 24 həftəyə qədər uzaqtmaq mümkün olub. Sağlam siçanlarda isə nəticə daha effektli olub.
Lakin mütəxəssislər siçanlarla insanlar arasındakı fərqləri nəzərə alaraq, sınaqların müsbət nəticə verəcəyindən tam əmin deyillər.
Əgər genetik dəyişmənin ön plana çıxarıldığı bu kəşf müsbət sonluqla nəticələnsə insanların ömürlərini uzatmaq və gəncləşdirmək mümkün olacaq.