Şakira Dünya İqtisadi Forumunda mükafat alıb
Kolumbiyalı müğənni Şakira Davosda keçirilən Dünya İqtisadi Forumunda “Crystal Award” mükafatını qazanıb.
Oxu.Az 
Report-a istinadən xəbər verir ki, məşhur müğənni xeyriyyə işlərinə görə mükafatlandırılıb.
Şakira YUNİSEF-in xoşməramlı səfiri, eləcə də kolumbiyalı uşaqların təhsil almasına kömək edən “Pies Descalzos Foundation” şirkətinin qurucusudur.
Forumda həmçinin alman skripkaçı Anne-Sofi Mutter və Hollivud aktyoru Forest Uitaker mükafat qazanıb.
Xatırladaq ki, 47-ci Dünya İqtisadi Forumu Davosda bu gün başlayıb. Forum yanvarın 20-dək davam edəcək.