Neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar artaraq 52,64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar artaraq 55,63 dollar olub.