Çində kömür şaxtası uçub: Çoxlu sayda ölən var
Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb.
Oxu.Az
 Report-a istinadla xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, kömür şaxtası şəhəri Şoçjouda, işçilərin qabaqlayıcı işlər görən zaman baş verib. Hadisə nəticəsində şaxtaçılar yerin altında qalıblar.
Agentlik bir işçinin xilas edilddiyini xəbər verib. O, xəstəxanaya çatdırılıb və səhhəti normaldır.
Hadisənin başvermə səbəbləri araşdırılır.