Meksikada prokurorluq binasına hücum edilib: Ölənlər var
Meksikanın Kintana-Roo ştatında bir qrup silahlının prokurorluq binasına hücumu zamanı 4 nəfər ölüb.
Legion 
 Report-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Karlos Hoakin Qonsales məlumat verib.
Qubernatorun sözlərinə görə, ölənlərdən 3-ü hücum etmiş silahlılar, 1-i isə polis əməkdaşıdır. Prokurorluq binasını atəşə tutmuş silahlıların 5-i artıq həbs edilib.