ŞOK OLAY: Ana qızını çarpayıya bağlayıb diri-diri yandırdı - VİDEO
Ana doğma qızını öldürmək ittihamı ilə həbs edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Pakistanda baş verib. 

Pərvin Bibi adlı qadın Lahordakı evində 18 yaşlı qızı Zinatı çarpayıya bağlayıb və onun üzərinə benzin tökərək od vurub.

Dindirilmə zamanı ana ailəsinin şərəfini təmizləmək üçün bu addımı atdığını deyib. 

Məlumatlara görə, hadisə zamanı Zinatın qardaşı və atası da evdə olub. Onlar olaya müdaxilə etməyib.