Malidə hərbi bazada terror aktı: Ölənlər var
Malinin şimali-şərqində Qao şəhərində hərbi düşərgədə partlayış zamanı 80 nəfər ölüb. 
Oxu.Az
 “Sinxua” agentliyinə istinadən xəbər verir ki, düşərgənin binası qarşısında avtomobil partladılıb. 
Düşərgədə hökumət ordusunun hərbçiləri və bir neçə hərbi qruplaşmanın üzvləri yaşayır. Onlar ölkənin şimalında hərbi qarşıdurmanın tənzimlənməsinə dair atəşkəs sazişinə müvafiq olaraq növbə çəkirlər. 
Qeyd edək ki, 2011-ci ildə Müəmmar Qəddafi rejiminin Liviyada devrilməsinin nəticəsi Malidə böhrana səbəb oldu. Həmin anda Mali ərazisinə qaçqın axını başladı. Malinin şimal hissəsini tutaraq oarada Azavad dövləti yaratdılar. Bir müddət sonra həmin ərazilərdən onları ekstremistlər sıxışdırıb çıxardı.  
 
Ölkəyə BMT-nin çoxprofilli kompleks missiyasının göndərilməsi qərarı 2013-cü ildə qurumun Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.