Türkiyə və Rusiya Suriyada birgə antiterror əməliyyatına başlayıb
Türkiyə və Rusiya Suriyada birgə antiterrror əməliyyatına başlayıb.
Oxu.Az 
Report-a istinadən xəbər verir ki, türk və rus təyyarələri Suriyanın Hələb şəhərinin Əl-Bab bölgəsində İŞİD-in mövqelərinə aviazərbələr endiriblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iki ölkənin birgə hava əməliyyatı Suriya tərəfi ilə əldə olunan razılaşma əsasında həyata keçirilib.