İtaliyada hotel qar altında qaldı
İtaliyanın Qran-Sasso dağ massivində yerləşən Abrusso vilayətində qar uçqunu nəticəsində yerli “Rigopiano di Farindola” hoteli qarın altında qalıb. Hadisə baş verən zaman içəridə 20-dən çox insanın olduğu ehtimal edilir.
Oxu.Az
 Report-a istinadən xəbər verir ki, bu barədə “RaiNews” telekanalı məlumat yayıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Hotel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır.
Peskara əyalətinin rəhbəri Antonio Di Marko insidenti “dəhşətli faciə” adlandırıb.