Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda hotellərin qiyməti bahalaşıb
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda hotel otaqlarının qiyməti 93 faiz artıb.
Legion  
Report-a istinadən xəbər verir ki, bu barədə “Marketwatch” “Trivago” xidmətinin məlumatlarına istinadən xəbər verir.
İkinəfərlik standart otaqda bir gecə qalmaq üçün 2701 dollar ödəmək lazımdır. Adi günlər həmin otaqlarda gecələmək cəmi 200 dollara başa gəlir.
Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.