BVF neftin orta qiyməti ilə bağlı proqnozunu artırıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunu 0,6 dollar artıraraq 51,2 dollar/barel təyin edib.
Oxu.Az
 AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fondun hesabatında deyilir.
Hesabata görə, 2018-ci ildə neftin qiyməti 53 dollar/barel səviyyəsinə çatacaq. Neftin qiymətinin artmasına səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) və digər neft istehsalçı ölkələrin neft hasilatının azaldılması üzrə müqavilə imzalaması və 2017-ci ildə Çin iqtisadiyyatının neft hasilatı sayəsində sürətli artım göstərəcəyi ilə əlaqədar proqnozlardır.

Beynəlxalq Valyuta Fondu neftin qiyməti üzrə proqnozunu 2016-cı ildə təqribən 7 dollar artırıb.