5 türk əsgəri şəhid oldu
Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Əməliyyat 150 gündür davam edir.