Prezident Trampdan ilk tvit
Donald Tramp ABŞ-ın yeni prezidenti kimi “Tvitter” hesabında ilk yazısını paylaşıb.
Legion 
 Qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp “#inauqurasiya günü” yazaraq öz nitqinin tam mətni dərc edilən “Facebook” hesabına keçid verib.
Bundan əvvəl @POTUS hesabını Barak Obama idarə edirdi. Rəsmi prezident hesabı andiçmə mərasimindən sonra Donald Trampa keçib.
Həmçinin hesabın avatar, fon və üz görüntüsü dəyişdirilib. Daha əvvəl Obamanın paylaşdığı bütün tvitlər isə silinib.