Şərqi Çin dənizində balıqçı qayığı batıb - 12 nəfər itkin düşdü
Şərqi-Çin dənizində içərisində 13 balıqçı olan qayıq batıb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Çin Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə işlərinə başlayıb.

Hadisə yerinə iki gəmi və pilotsuz uçan aparat cəlb olunub.

Hələlik bir balıqçının meyiti tapılıb, qalan 12 nəfər itkin sayılır. Axtarışlar davam edir.