Yəməndə qarşıdurma nəticəsində 69 nəfər ölüb
Moha limanında hökumət qüvvələri və yaraqlı husilər arasında amansız döyüşlər olub.    
Oxu.Az 
“Sinyuxa” agentliyinə istinadən xəbər verir ki, döyüşlər nəticəsində ən azı 69 nəfər ölüb. 
Yerli səhiyyə orqanlarının məlumatına görə, keçən sutka ərzində döyüşlərdə 50 yaraqlı və 19 hərbçi ölüb.