Hindistanda qatar relsdən çıxıb: Ölənlər var
Hindistanın Andhra-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 39 nəfər ölüb və onlarla adam yaralanıb. 
Oxu.Az
 bu barədə BBC-yə istinadən xəbər verir. 
Məlumata görə, Kuneru stansiyası yaxınlığında lokomotiv ilə birgə doqquz vaqon relsdən çıxıb. 
Qəza şənbə günü gecə baş verib. Ölənlərin sayının artacağı istisna edilmir. Qatarın qəzaya uğrama səbəbləri məlum deyil. 
Zərərçəkənlər yaxınlıqda yerləşən iki xəstəxanaya çatdırılıblar.