Rusiya elə bir güllə istehsal etdi ki… - VİDEO
Rusiyalı mütəxəssislər elektromaqnit mexanizm sayəsində istənilən zirehi dələ bilən yeni silahı sınaqdan keçirib.

Vizual.Az xəbər verir ki, yeni silahdan açılan güllənin sürəti saniyədə 3 kilometrdir.

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yerləşən Şatura İnstitutunun mühəndisləri 15 qramlıq plastik güllə ilə bir neçə santimetr qalınlığındakı aliminium löhvəni dəlməyə nail olublar.

Qeyd edək ki, hazırda istifadə olunan silahlarda güllənin sürəti 330-1800 metr arası dəyişir.